1.21.2018

İlk məqaləm

BLOQUN MƏQSƏDİ


Hörmətli və dəyərli dostlar,
     İlk öncə, dəyərli vaxtınızı bu yazını oxumağa ayırdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm. Bu ilk yazımda, sadəcə, bloqu yaratmaqda məqsədimi açıqlamaq istədim. Beləliklə, bloqu yaratmaqda məqsədim 10 ildən artıq olan illər ərzində təcrübəmdə istifadə etdiyim, bununla yanaşı artıq, 4 ildən artıqdır tədrisi ilə məşğul olduğum Oracle SQL istiqamətində təcrübəmi və biliklərimi bölüşməkdir. Ən əsası isə bu sahədə təcrübəsi kifayət qədər olmayan, yeni başlayan və yaxud başlamaqda olan insanlara bu işdə kömək olmaq çox xoş olardı. Bloqda Sql və Pl/Sql sahəsində dərslər şəklində məqalələrin, mümkün qədər video dərslərin yerləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə təcrübədə və yaxud təlimlər prosesində rast gəlinən maraqlı məlumatları bölüşməyi nəzərdə tuturam. Bunlarla yanaşı, tam praktiki yönümlü təlimlər haqqında məlumatlarla tanış ola biləcəksiniz. 
     Nəzərə alsaq ki, iş və təlimlərdən dolayı sərbəst saatlar tapmaq çox çətindir, buna baxmayaraq, çalışacağam, daha sıx şəkildə yazılarım olsun.
     Əziz dostlar, onsuz da sərbəst zamanın məhdud olduğu bir zamanda sərf etdiyiniz vaxt və diqqətiniz üçün bir daha təşəkkür edirəm!

2 comments: