PRAKTİKİ SQL TƏLİMİ
Hamımıza məlumdur ki, son
zamanlar ali təhsilini başa vurmuş, nəzəri bilikləri yaxşı səviyyədə olan məzunlar
"təcrübəniz yoxdur" səbəbi ilə işəgötürənlər tərəfindən qəbul
edilmirlər. Artıq, bu adət halını alıb. Mən də öz sahəmə uyğun SQL və yaxud
PL/SQL bilikləri olan, təcrübə problemi yaşayan insanlar üçün Praktiki Təlim təşkil
etmək qərarına gəldim. Təlimin məqsədi təcrübi vərdişlər yaratmaqla yanaşı,
iştirakçılar arasında əlaqələrin və mühitin yaradılmasıdır.
Praktiki Təlimdə iştirakçılar təlimçinin
məsləhət və təlimatları əsasında sıfırdan bank modeli əsasında verilənlər
bazası qurmaqdan başlamış hesabatların hazırlanmasına qədər hər bir addımı şəxsən
həyata keçirəcəklər. Təlim tamamilə təcrübə formasında təşkil olunacağı üçün,
yalnız SQL və ya PL/SQL üzrə nəzəri bilikləri olan şəxslər iştirak edə bilərlər.
Təlimdə iştirak etmək istəyən şəxslər Facebook və ya LinkedIn şəbəkəsində
inbox-a yaza bilərlər. Təlim ödənişlidir.
ƏLAQƏ ÜÇÜN: programmer.karimov@gmail.com
MOB: 0515224022
ƏLAQƏ ÜÇÜN: programmer.karimov@gmail.com
MOB: 0515224022
İşəgötürənlər sizdən təcrübə tələb edirlər?
- Təcrübənizi təsdiq edən Sertifikatı əldə edə bilərsiniz.
SQL və PL/SQL üzrə nəzəri biliyi olanlar 32 saatlıq praktiki təlimdə
yetərli səviyyədə təcrübəyə yiyələnə biləcəklər.
Real bank modeli
üzrə təlimatlar əsasında baza yaratmaqdan hesabatların alınmasına qədər bütün
işləri addım-addım icra edəcəksiniz.
Oracle Verilənlər
Bazasının qurulması, proseslərin alqoritmlər üzrə işlənməsi və hesabatların
yaradılması işlərini növbəti addımların icrası ilə reallaşdıracaqsınız:
- DCL
komandalarını istifadə etməklə user yaratmaq və hüquqların tənzimlənməsi (əlavə
olaraq tablespace-lərin yaradılması)
- DDL
komandalarını istifadə etməklə obyektlərin yaradılması (table, view,
constraint, synonym, sequence və s.)
- DML
komandalarını istifadə etməklə ilkin parametrlərin cədvəllərə daxil edilməsi
- PL/SQL
kodlarından istifadə etməklə Function, Procedure, Package, Trigger yaradılması
- PL/SQL hissəsində
Cursor, Record, Type yaradılması və effektiv şəkildə istifadəsi (massivlərlə
işləmək qaydası)
Select
komandasının istifadəsi ilə:
-
mürəkkəb sorğuların yazılması
-
singlerow functions, multiplerow (group) functions
-
join (cross join, inner join, outer joins)
-
subquery, corrolated subquery
-
set operators (union all,union,intersect,minus),cube,rollup
- Hierarchical Queries, pivot sql
Praktiki təlimdə
nəzəri biliklərinizin zəif tərəflərini də birlikdə aşkarlayıb, aradan
qaldırılmasına nail olacağıq.
Bu praktiki təlim
sizə nələri verəcək?
- Real bank təcrübəsi
-Təcrübənizi təsdiqləyən
Sertifikat
- Nəzəri biliklərinizin bir daha
möhkəmlənməsini
- Bank işi haqqında ümumi məlumat
- Peşəkar sahənizdə uyğun yeni
dostlar, bu istiqamətdə şəbəkənizin genişlənməsi
- İş tapmaqda təcrübəsiz namizədlər
üzərində üstünlük
- "Təcrübəniz varmı?"
sualına: "-Bəli, Sertifikatımla da təsdiq edə bilərəm" cavabı.
No comments:
Post a Comment